Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
15:01 - 26 Dekabr 2024
Dekabrın 26-da Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Xarici İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, nazir M.Botçorişvili 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb, dost Azərbaycan xalqına səbr diləyib. Bu faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə dost Gürcüstan tərəfinə təşəkkür edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin