Motosiklet sürücüsü əməkdaşın burnunu sındırdı - VİDEO

14:48 - 26 Dekabr 2024

Motosiklet sürücüsü əməkdaşın burnunu sındırdı - VİDEO

Türkiyədə dəbilqəsiz motosiklet sürərək polis yoxlamalarından yayınmağa çalışan sürücünün polisə hücum etdiyini göstərən görüntüləri ortaya çıxıb.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 24-də baş verib.

Əldə olan məlumata görə, polis küçədə yoxlama apararkən dəbilqəsiz motosiklet sürən sürücüyə xəbərdarlıq edib. Xəbərdarlıqlara məhəl qoymayan sürücü qaçmağa başlayıb və polis onu təqib edib. Uzun sürən təqib nəticəsində sürücü saxlanılıb.

Sürücü sənədlər istənildikdə atası, qardaşı və anası polisləri vurublar. Dava nəticəsində polis əməkdaşlarından birinin burnu sınıb, hadisə yerinə əlavə polis qrupu göndərilib. Dörd şübhəli saxlanılıb. Məlum olub ki, sürücü də əvvəllər anasının adına qeydiyyatda olan dörd motosikletdə polis yoxlamasından yayınıb. Buna görə ona 52 inzibati cərimə tətbiq edilib.

 


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin