“Qazaxıstan və Azərbaycana yardım etməyə hazırıq” - Metyu Miller

13:44 - 26 Dekabr 2024

“Qazaxıstan və Azərbaycana yardım etməyə hazırıq” - Metyu Miller

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

 

Manset.az xəbər verir ki, M.Miller bu barədə “X” hesabında paylaşım edib. 

““Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə birlikdədir, yaralılara isə tezliklə sağalmalarını diləyirik. Qazaxıstan və Azərbaycan rəhbərliyinə yardım etməyə hazırıq”, - deyə Miller qeyd edib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin