AZAL Rusiyanın daha 3 şəhərinə uçuşları dayandırdı
27 Dekabr 2024
11:55 - 26 Dekabr 2024
Cənub-Şərqi Afrika ölkəsi Mozambikdə həbsxanada iğtişaş baş verib. Hadisədə 1534 məhbus qaçıb, həbsxana ətrafında baş verən qarşıdurmalarda ən azı 33 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
Manset.az xarici mediyaya istinadən xəbər verir ki, Mozambikin Azadlıq Cəbhəsinin namizədi Daniel Çaponun qalib gəldiyi mübahisəli prezident seçkilərindən sonra küçələrdə çaşqınlıq davam edir.
Paytaxt Maputoda keçirilən etiraz aksiyaları zamanı həbsxanada iğtişaş baş verib.
Polis rəisi Bernardino Rafael açıqlamasında bildirib ki, iğtişaşlara həbsxana qarşısında hökumət əleyhinə etirazlar səbəb olub. Rafael həbsxana qarşısında mühafizəçilərlə toqquşmalarda 1534 məhbusun qaçdığını, 33 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirib. Rafael daha sonra 150 məhbusun əsir düşdüyünü bildirdi. Daha iki həbsxanada qaçmağa cəhdlər olduğunu bildirən Rafel, "Mozambiklilər və təhlükəsizlik qüvvələri olaraq narahatıq. Önümüzdəki 48 saat ərzində cinayət nisbətinin artmasını gözləyirik" dedi.
Məhkumların mühafizəçiləri zərərsizləşdirdiyi, AK-47 tüfənglərini müsadirə edərək həbsxanadan qaçmağı bacardıqları öyrənilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin