Tramp Kanadanı bir şərtlə vergilərdən azad edəcək

10:27 - 26 Dekabr 2024

Tramp Kanadanı bir şərtlə vergilərdən azad edəcək

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Kanadanın ABŞ-yə qoşulacağı təqdirdə ona əhəmiyyətli dərəcədə vergi endirimi edəcəyini vəd edib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, özünün Truth Social sosial şəbəkəsində Milad təbrikində yazıb.

“Kanada qubernatoru Castin Trüdo da daxil olmaqla hamının Milad bayramı mübarək. Vətəndaşlarının vergiləri çox yüksəkdir, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri dərhal ikiqat artacaq onlar dünyanın bütün digər ölkələrindən fərqli olaraq, hərbi cəhətdən qorunacaqlar”, - deyə Tramp vəd edib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin