"Qəzanın ilkin səbəbini müəyyən etmək mümkün deyil"- Qazaxıstanın Baş nazirinin müavini

23:04 - 25 Dekabr 2024

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğramasının ilkin səbəbini müəyyən etmək mümkün deyil".

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Qazaxstan Baş nazirin müavini Kanat Bozumbayev deyib.

"Hətta ilkin səbəbi müəyyən etmək mümkün deyil, çünki bunun üçün mütəxəssislər var. Onlar işi yerinə yetirəcəklər. Sonra aydın olacaq. İndi deyə bilmirəm", - deyə o bildirib.

Baş nazirin müavini bildirib ki, təyyarə yerli vaxtla saat 11:02-də Qazaxıstanın hava məkanına daxil olub, lakin saat 11:28-də onunla əlaqə kəsilib, saat 11:37-də yerə çırpılıb.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin