"Pilotlar təyyarəni Qroznıda endirməyə üç dəfə cəhd ediblər"- Sağ qalan sərnişin
26 Dekabr 2024
21:28 - 25 Dekabr 2024
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.
Mədəniyyət Nazirliyindən Manset.az-a daxil olan məlumata görə, Nazirliyin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.
Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah xəsarət alanlara şəfa versin.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin