"Pilotlar təyyarəni Qroznıda endirməyə üç dəfə cəhd ediblər"- Sağ qalan sərnişin
26 Dekabr 2024
20:56 - 25 Dekabr 2024
"Təyyarədə vətəndaşları olan ölkələrin rəsmi qurumları müraciət edəcəyi təqdirdə, onların “qara qutu”nun oxunması prosesində iştirakına etiraz etməyəcəyik".
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayev bu gün keçirilən mətbuat konfransında bildirib.
O hadisə ilə bağlı cinayət işini araşdıran istintaq qrupunun ərazinin müayinəsini, nümunələrin götürülməsini davam etdirdiyini də açıqlayıb:
“Onu da qeyd edim ki, hadisə ilə əlaqədar “hava nəqliyyatı vasitəsinin istismar qaydalarının pozulması (ağır nəticələrə səbəb olduqda), eləcə də “Uçuşların təhlükəsizliyi qaydalarının pozulması” maddələri ilə cinayət işi qaldırılıb. Hadisə tam və hərtərəfli qaydada araşdırılacaq. Eyni zamanda təyyarənin sərnişinləri arasında vətəndaşları olan ölkələrin rəsmi qurumları müraciət edərsə, onlar da “qara qutunun” oxunmasında iştirak edə bilərlər. Biz buna etiraz etməyəcəyik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin