Qəzada həlak olanlardan biri bu universitetin tələbəsidir

19:49 - 25 Dekabr 2024

Qəzada həlak olanlardan biri bu universitetin tələbəsidir

Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğraması nəticəsində təyyarədə 20 yaşlı Mahmud Tutunçiyev də olub.

 

Manset.az APA TV-yə istinadən xəbər verir ki, bu barədə onun dostu Pərvin Aslanlı danışıb.

O bildirib ki, Mahmud Çeçenistana istirahət məqsədilə gedibmiş:

"Səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Milli Aviasiya Akademiyasında təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi. Hələ ki xəbər ala bilməmişik. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndim. Ailəsi ilə əlaqə saxlaya bilməmişəm"- o bildirib.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin