İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.
Manset.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.
Qeyd edilib ki, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.