Moldova Prezidenti təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib

16:29 - 25 Dekabr 2024

Moldova Prezidenti təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Moldova Prezidenti Maya Sandu "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

 

Manset.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən kədərləndirdi. Fikrimiz qurbanların, onların ailələri və zərərçəkənlərin yanındadır. Sağ qalanlara və xilasedicilərə güc diləyirik", - o bildirib.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin