Volqoqradda təhsil müəssisəsinə daxil olmaq istəyən şəxs saxlanılıb.
Manset.az -ın məlumatına görə, xarici media bildirir ki, bu gün səhər saatlarında təhsil müəssisəsinin binasının yaxınlığında nalayiq hərəkət edən şəxs görüntülənib.
Naməlum şəxs fürsətdən istifadə edərək uşaqlar ilə məktəbə daxil olmağa çalışıb. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları yardım düyməsini basıblar, bundan sonra hadisə yerinə polis qrupu gəlib.
Saxlanılan şəxsin 52 yaşlı yerli sakin olduğu üzə çıxıb. Ehtimal olunur ki, o, narkotik təsiri altında olub.