Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA

16:04 - 25 Dekabr 2024

Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident  İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

 

Matəm günü ilə əlaqədar ictimaiyyət arasında sabah dərs olub-olmayacağı ilə bağlı fikir ayrılığı yaranıb.

Manset.az məsələ ilə bağlı Azərbaycan Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Manset.az-ın sorğusuna cavab olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, sabah bütün tədris müəssisələrində dərs olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv