Meksikanın Azərbaycandakı səfirliyi başsağlığı verib

13:54 - 25 Dekabr 2024

Meksikanın Azərbaycandakı səfirliyi başsağlığı verib

Meksikanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Aktau yaxınlığında AZAL-ın faciəvi qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzulayırıq", - deyə diplomatik nümayəndəliyin məlumatında bildirilib.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin