Rəsmi Tbilisi də Azərbaycana başsağlığı verdi

13:32 - 25 Dekabr 2024

Rəsmi Tbilisi də Azərbaycana başsağlığı verdi

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Onlarla insanın həyatına son qoyan sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədərlə qarşılayırıq. Biz Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralananların tezliklə sağalmasını arzulayırıq", - məlumatda qeyd edilib.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin