Litva səfirliyi Azərbaycana baş sağlığı verdi

13:23 - 25 Dekabr 2024

Litva səfirliyi Azərbaycana baş sağlığı verdi

Litvanın Bakıdakı səfiri Kestutis Vaşkeleviçius Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

 

Manset.az xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciəvi xəbərlər gəlir. Azərbaycan Xarici İşlər Nazirliyinə, ölkə xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralılara tezliklə sağalmağı arzulayıram. Allah bizi belə faciələrdən qorusun", - səfir qeyd edib.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin