Pakistanın Baş naziri baş sağlığı verdi

13:18 - 25 Dekabr 2024

Pakistanın Baş naziri baş sağlığı verdi

Pakistanın Baş naziri Şahbaz Şərif təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

 

Manset.az xəbər verir ki, Ş.Şərif bununla bağlı “X” hesabında paylaşım edib.

“Qazaxıstanda Aktau yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbəri məni dərindən sarsıtdı. Hadisə nəticəsində həyatlarını itirən şəxslərlə bağlı əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”, - deyə paylaşımda qeyd olunub.

O, Pakistanın bu kədərli anda Azərbaycanın yanında olduğunu bildirib.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin