"Pilotlar təyyarəni Qroznıda endirməyə üç dəfə cəhd ediblər"- Sağ qalan sərnişin
26 Dekabr 2024
11:36 - 25 Dekabr 2024
Ötən gün Tovuz rayonunda zəhərlənən tələblərin son durumu açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilir ki, dekabrın 24-ü, saat 15:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Səkkiz nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Beş nəfər ambulator müalicə almaq üçün evə buraxılıb, üç nəfərin müalicəsi isə Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin