7 nəfərin şəxsiyyəti müəyyənləşdi - Aralarında Hökümə də var
26 Dekabr 2024
10:40 - 25 Dekabr 2024
Cənubi Koreya Prezidenti Yoon Seok Yeol hərbi vəziyyətlə bağlı işdə növbəti dəfə dindirilmə prosesinə gəlmədiyi üçün həbs oluna bilər.
Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Nəşrin yazdığına görə, dövlət başçısı impiçment prosesini yubatmağa çalışır. Onun nümayəndəsi şərh verməkdən imtina edib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi günün sonuna qədər həbslə bağlı qərar verəcək. Departament Yoon Seok Yeolun hələ də sorğu-sual üçün görünə biləcəyini gözləyir.
Yoon Seok Yeolun ilk dindirilmə prosesi dekabrın 15-də olmalı idi, lakin o, həmin prosesə gəlməmişdi. Prokurorluq ona bazar ertəsi, dekabrın 16-da növbəti çağırış vərəqəsi göndərib. Onun Prezident Ofisi həmin vaxt iştirak etməməsinin səbəblərini açıqlamayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin