Qəbələ və Bakıda birmərtəbəli ev yandı

22:40 - 26 İyun 2021

Qəbələ və Bakıda birmərtəbəli ev yandı

Qəbələ rayonunun Tövlə kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən  Manset.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə və yaxınlıqda dayanan istifadəyə yararsız "Karsan" markalı mikroavtobusun yanar hissələri yanıb. Evin qalan hissəsi yanğndan mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

13 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin