Baş vermiş qəzanın yaxından yeni görüntüsü yayıldı - VİDEO
25 Dekabr 2024
17:47 - 24 Dekabr 2024
Maya Sandu and içərək ikinci dəfə Moldova prezidenti vəzifəsinin icrasına başlayıb.
Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mərasim çərşənbə axşamı Moldova Parlamentinin və Konstitusiya Məhkəməsinin təntənəli iclasında baş tutub. Burada deputatlar, hökumət üzvləri və fəxri qonaqlar iştirak ediblər. Xarici qonaqlar dəvət olunmayıb.
“Moldova Respublikasının çiçəklənməsi naminə bütün qüvvəmi və bacarığımı verməyə, ölkənin konstitusiyasına və qanunlarına əməl etməyə, demokratiyanı, əsas insan haqlarını, suverenliyini, müstəqilliyini və dövlətin ərazi bütövlüyünü müdafiə etməyə and içirəm.”, - Sandu əlini Respublika Konstitusiyasının üstünə qoyaraq andın mətnini deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin