Prezident bu idmançılara ev verdi - FOTOLAR
25 Dekabr 2024
13:40 - 24 Dekabr 2024
Sahibliyi və nəzarəti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən “mütləq zərurət” olaraq xarakterizə edilən Qrenlandiya Muxtar Administrasiyasının Baş naziri Mute Bourup Egede, “Biz satılmamışıq və heç vaxt da olmayacağıq” dedi.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Tramp Qrenlandiyanın ABŞ-nin nəzarətində olması lazım olduğunu söyləyərək, “ABŞ bütün dünyada milli təhlükəsizlik və azadlıq üçün Qrenlandiyaya sahiblik və nəzarətin mütləq zərurət olduğunu düşünür” deyib.
Qrenlandiya Muxtar Administrasiyasının baş naziri Mute Egede Trampa cavab verib. Egeydə “Qrenlandiya bizimdir. Biz satışda deyilik və heç vaxt satılmayacağıq. Biz azadlığımız uğrunda uzun sürən mübarizəmizi itirməməliyik".
Qrenlandiya 1979-cu ildə Danimarkadan muxtariyyət alsa da, xarici siyasət, təhlükəsizlik və maliyyə məsələlərində hələ də bu ölkədən asılıdır. Tramp və Egedenin açıqlamalarından sonra Danimarka hökuməti hələlik açıqlama verməyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin