Prezident bu idmançılara ev verdi - FOTOLAR
25 Dekabr 2024
17:22 - 24 Dekabr 2024
Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Manset.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə cansağlığı, sevinc, ölkənizə firavanlıq və tərəqqi gətirən fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.
Mən ötən ay Bakıda COP29-un təşkilində Azərbaycanın göstərdiyi səyləri qeyd etmək istəyirəm. Sammit qlobal iqlim çağırışları üzrə mühüm dialoq platforması rolunu oynadı. Biz bu müzakirələrin aparılmasında ölkənizin rolunu yüksək qiymətləndiririk.
Əməkdaşlığımızı davam etdirməyi və Moldova ilə Azərbaycan arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əlaqələri gücləndirməyi səbirsizliklə gözləyirəm.
Cənab Prezident, doğum gününüz münasibətilə Sizə bir daha ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Rusiyanın "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Manset.az xəbər verir ki, mətndə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə Rusiyanın "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Sizə səmimi-qəlbdən cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni böyük nailiyyətlər, ölkənizin inkişafı planlarının uğurla reallaşmasını arzulayıram".
***
Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Manset.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Siz həyatınızı bütünlüklə Vətənə xidmətə, Azərbaycanın firavanlığına və xalqın rifahının yüksəldilməsinə həsr etmisiniz. Sizin həyata keçirdiyiniz düşünülmüş və müdrik siyasət, iqtisadiyyat sahəsində islahatların aparılması istiqamətində göstərdiyiniz ardıcıl səylər Azərbaycanda investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb.
Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin, xüsusən də neft-qaz sektorunda əməkdaşlığın inkişafına şəxsi töhfənizi yüksək qiymətləndiririk.
Əminəm ki, biz Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə azərbaycanlı tərəfdaşlarımızla birgə layihələr üzərində konstruktiv işi davam etdirəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
***
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Manset.az xəbər verir ki, Ersin Tatar dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı dövlətimizin başçısının Ersin Tatarla Bakıda və digər beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlanıb, Ersin Tatarın bu il Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakının önəmi vurğulanıb, gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.
***
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Manset.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə mənim və xanımımın səmimi təbrikimizi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.
Fürsətdən istifadə edərək bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı çox gözəl praqmatik və səmərəli əməkdaşlıq, həmçinin mövcud olan strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha fəal şəkildə inkişaf edəcəkdir.
Bolqarıstan ilə Azərbaycanın səmərəli ikitərəfli təmasları və yüksək səviyyədə fəal siyasi dialoqu genişləndirmək, inkişaf etdirmək istəyi, həmçinin hər iki ölkənin buna hazır olması il ərzində həm ikitərəfli, həm də COP 29 kimi mühüm beynəlxalq formatlar çərçivəsində Sizinlə keçirilmiş görüşlər və danışıqlar zamanı dəfələrlə nümayiş etdirilib. Sizin şəxsi töhfəniz və iştirakınız, şübhəsiz ki, bütün bu məsələlərdə böyük rol oynayıb.
Mən ölkələrimiz arasında olan ən yüksək siyasi, dövlət səviyyəsində dialoqu 2025-ci ildə də davam etdirməyə hazıram.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
İsrail-Azərbaycan Birgə İqtisadi Komitəsinin sədri, İsrail Dövləti Maliyyə Nazirliyində nazir Zeev Elkin Prezident İlham Əliyevi təbrik edib.
Manset.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə İsrail Dövləti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Sizin Azərbaycan Respublikasının inkişafı üçün göstərdiyiniz sarsılmaz fədakarlıq olduqca təqdirəlayiqdir. Sizin liderliyinizlə xalqınız davamlı olaraq tərəqqi və uğur yolunda irəliləyir.
Xalqlarımız arasında tərəfdaşlıq və dostluq Sizin rəhbərliyinizlə inkişaf edir və biz bu dəyərli əlaqələri gələcək illərdə daha da dərinləşdirməyi səbirsizliklə gözləyirik.
Bu əlamətdar günün sevdiklərinizin və Sizi sevənlərin əhatəsində Zati-alinizə böyük sevinc bəxş etməsini diləyirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram.
Doğum gününüz mübarək, cənab Prezident!"
***
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Manset.az xəbər verir ki, Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə ad günü münasibətilə təbriklərini çatdırıb, prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətinə toxunulub, bu il Qazaxıstan Prezidentinin ölkəmizə dövlət səfərinin əlaqələrimizin möhkəmlənməsi işində rolu xüsusi vurğulanıb.
Qazaxıstan Prezidenti COP29-un ölkəmizdə uğurla keçirilməsi ilə bağlı bir daha təbriklərini çatdırıb, bu tədbirin Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi işinə töhfə verdiyini deyib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü ifadə edərək, Qazaxıstanın dövlət başçısına COP29-da fəal iştirakı ilə bağlı bir daha minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri, yeni təmaslar və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
*****
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Manset.az xəbər verir ki, Şavkat Mirziyoyev dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd edilib, Prezident İlham Əliyevin bu il Özbəkistana dövlət səfərinin əməkdaşlığımızın daha da gücləndirilməsi işində xüsusi rol oynadığı vurğulanıb. Qeyd olunub ki, həmin səfər zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilə ikitərəfli münasibətlərimizin ən yüksək zirvəsini nümayiş etdirib.
Özbəkistan Prezidenti COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb və bu mühüm tədbiri ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinin nümayişi kimi qiymətləndirib.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını ifadə edərək, Şavkat Mirziyoyevin COP29-da fəal iştirakına görə bir daha təşəkkürünü bildirib.
Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin