İsrail etiraf etdi: "Onu biz öldürmüşük"

07:04 - 24 Dekabr 2024

İsrail etiraf etdi:

İsrailin müdafiə naziri İsrail Katz Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsində ölkəsinin əli olduğunu ilk dəfə etiraf edib.

 

Manset.az "Ynet"ə istinadən xəbər verir ki, israilli nazir husilərlə bağlı çıxışında bu barədə danışıb.

“Tehranda Haniyə, Qəzzada Sinvar və Livanda Həsən Nəsrullaha etdiyimiz kimi, husilərə də ciddi ziyan vurub, onların infrastrukturunu dağıdıb, liderlərini məhv edəcəyik”, - deyə o bildirib.

Xatırladaq ki, Haniyə 31 iyulda Tehranda öldürülüb. İsrail daha öncə onun ölümündə əli olduğunu etiraf etməmişdi./axar.az


Xəbər xətti

25 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin