Azərbaycanda çörəyin qiyməti artacaq? - YENİLƏNİB
1 Fevral 2025
21:53 - 26 İyun 2021
Sabiq millət vəkili işdən çıxmasına səbəb olan qalmaqallı videosundan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlıdan inciyib.
Manşet.az xəbər verir ki, bu sözləri keçmiş millət vəkili Hüseynbala Mirələmov anews.az-a müsahibəsində deyib. O, qeyd edib ki, buna rektorun işdən çıxması ilə bağlı ərizəsinə qol çəkməzdən öncə onunla əlaqə saxlamaması səbəb olub:
“İşdən çıxan günə qədər bizim rektorla isti münasibətimiz olub.Yəni aramızda qarşılıqlı hörmət olub.Həmişə o mənə hörmət edib, mən də ona hörmət etmişəm.Mən deyə bilmərəm videonu rektor, ya oradakılar, elmi şuranın üzləri yaydı. Mənim üçün artıq onun əhəmiyyəti yoxdur.Amma bilirəm ki, o adam Allah tərəfindən cəzasını alacaq. Mənim retordan çox böyük incikliyim yarandı.Aprelin 21-i mənə dedilər ki, belə bir video yayılıb. Mən ərizəmi yazıb səhər tezdən göndərdim. Səhər kafedramda müavinimlə görüşdüm ərizəmi onunla göndərdim.Kadrlar şöbəsinə də zəng etdim ki, ərizəm üstünü yazdırın.Mən artıq orada işləyə bilmərəm.Mən rektordan ona görə incidim ki, biz bir-birimizə qardaş, dost deyirdik. O, ərizəmi alanda protokol, yoldaşlıq xatirinə təəssüf hissini bildirə bilərdi.Axı biz bir-birimizə qardaş demişdik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin