Əhməd əl-Şaraa İlham Əliyevi təbrik etdi
1 Aprel 2025
15:16 - 20 Dekabr 2024
Gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin qarşısında duran prioritet vəzifələrdən biridir. Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının hüquqi, siyasi və iqtisadi hüquqlarını müdafiə eməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, əməyə, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması hər birimizi ciddi düşündürür. Uşaqlar və gənclər milli ruhda tərbiyə olunur, tariximiz öyrənilir. Gənc nəsilə vətənə, xalqa məhəbbət hissləri dərindən aşılanır. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanı, vətənpərvərlik hissini daha da gücləndirir. Gənclik dövlətin, cəmiyyətin həyatında çox önəmli rol oynayır. Azərbaycanda həm paytaxt, həm də bölgə gənclərinin intellektual inkişafı üçün böyük işlər görülüb və görülməkdə də davam edir.
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara milli mənəvi dəyərlərin aşılanması böyük bir missiyadır:
“ Azərbaycan xalqının gələcəyi gənclərimizdir. Onların vətənpərvərlik ruhunda böyüməsi və dövlətə sədaqətlə xidmət etməsi çox vacib amildir. Bizim xalqın milli birliyinin əsas açarı bizi birləşdirən əsas dəyər vətənpərvərlik hissimizin hədsiz dərəcədə yüksək olmasıdır. Vətənpərvərlik ilk öncə xaqlı və dövləti sevmək, həmçinin bizim milli-mənəvi ənənəmizə çevrilən bayrağımıza hörmət, şəhid və qazi ailələrinə diqqət bizim mənəvi ənənələrimizdən biridir. Gənc nəsilə vətənpərvərlik hissləri bir çox yollarla əsasəndə ictimai-siyasi xadimlərin, ən əsası ulu öndər Heydər Əliyevin və Cənab İlham Əliyevin çıxışlarında Azərbaycan dövlətinə, xalqına sevgisini nümayiş edib səsləndirməsi vətənpərvərlik nümunəsidir”.
Pərvanə Vəliyeva onu da qeyd edib ki, orta və ali ixtisas təhsil müəssisələrində gənc nəslin milli – mənəvi şüurun inkişaf etdirilməsi üçün müxtəlif proqramlar həyata keçirilməsi çox vacibdir.
“ Belə tədbirlərin keçirilməsi ilə gənclər öz üzərində işləyir. Onlara birbaşa bu hisslər aşılanır. Şəhidlərin xatirəsini uca tutmaq, işğaldan azad olunmuş bərpa-quruculuq işləri, tarixi sahiblərinin geri qaytarılması bu kimi hadisələrin hər biri indiki gənclərimizin gözü qarşısında baş verir. O baxımdan bu ənənələrin və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi vacibdir. Düşünürəm ki biz tariximizi unutmamamlıyıq və unutdurmamalıyıq”.
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda tam orta təhsil müəssisələrində şagirdlərə aşağı sinifdən milli vətənpərlik ruhda böyüdülməsi ilə bağlı müvafiq proqramlar həyata keçirilir. Bu proqramlar dərsliklər vasitəsilə, müəyyən tədbirlər vasitəsilə baş tutur:
“Gənc nəsilə vətənpərvərlik hissləri əsas kütləvi informasiya vasitələridir. Çünki daha çox məhz bu istiqamətdə və milli vətənpərlik ruhda verilişlər hazırlanarsa, müəyyən intellektual yarışlar keçirilərsə bu daha çox təsir etmiş olar. Nəinki hər hansı bir şou ilə bağlı yaxud da ailə-məişətlə bağlı məsələlərin müzakirəsi. Ona görə də düşünürəm ki, bu təkcə dərslikdən və yaxud da Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi tədbir deyil. Həmçinin kütləvi informasiya vasitələrində rolu mütləq olmalıdır. Hal-hazırda Elm və Təhsil Nazirliyinin müvafiq dərsliklərində və QHT-nin bəziləri və bəzi qurumların həyata keçirdikləri layihələr çərçivəsində biz bunları görə bilirik.
Orta və ali ixtisas təhsil müəssilərində yanlız Azərbaycan tarixi dərsliyində biz müvafiq olaraq bilik və bacarıqları bu istiqamətdə təqdim edə bilirik. Digər istiqamətlərdə təəssüflər olsun ki, kütləvi elmi tədbirlər həyata keçirilmir. Yanlız müvafiq tədbirlər olanda, əlamətdar günlərdə bu haqda məlumat verilir. Qalan digər hallarda isə çox təəssüflər olsun ki, orta və ali təhsil müəssisələrində biz milli vətənpərvərlik şüurunun inkişafı üçün hər hansı bir proqramları görə bilmirik. Düşünürəm ki, bu istiqamətdə təkcə Elm və Təhsil Nazirliyi deyil, müvafiq olaraq ali və orta təhsil müəssisələridə müəyyən tədbirlər görməli və müvafiq addımlar atmalıdır”.
GÜLÇİN ASLANLI
6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin