Ayxan Hacızadədən ABŞ səfirliyinə cavab - FOTO
23 Dekabr 2024
12:57 - 23 Dekabr 2024
Nyu Yorkda faciəli hadisə baş verib: metroda yatan qadın tanımadığı şəxs tərəfindən yandırılaraq öldürülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qvatemalalı immiqrant olan şübhəli onu alışqanla yandırıb. Tüstünü görən polis kömək etməyə çalışsa da, qadın hadisə yerində həlak olub. Polis komissarı cinayəti ən qəddar cinayətlərdən biri adlandırıb.
Hadisədən sonra şübhəli şəxs metroda qalıb. Hadisəni araşdıran polis onun şübhəli olduğunu başa düşməyib və onu sərbəst buraxıb.
Üç orta məktəb şagirdi daha sonra polisə şübhəli şəxsi başqa metro stansiyasında gördüklərini bildiriblər. Polis həmin şəxsi başqa metro stansiyasında həbs edib. O, hadisə zamanı geyindiyi paltarı geyinib və şəxsin cibində alışqan olub.
Şübhəlinin 2018-ci ildə ABŞ-ya daxil olduğu müəyyən edilib və Arizona ştatında Sərhəd Xidməti tərəfindən saxlanılıb. Onun Nyu Yorkda əvvəllər heç bir cinayəti olmayıb. Polis hücum edənin öz qurbanını tanımadığını və bunun təsadüfi hücum olduğunu düşünür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin