Tətildə rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!
23 Dekabr 2024
01:00 - 23 Dekabr 2024
Albaniya hakimiyyəti 2025-ci ildən başlayaraq ölkədə TikTok platformasını bir il müddətinə bloklayacaq.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Albaniyanın baş naziri Edi Rama bildirib.
E. Rama bu qərarı məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq istəyi ilə əlaqələndirib.
Onun sözlərinə görə, Albaniyada valideynlərin 90%-i “TikTok”un bloklanmasını tələb edib.
“Məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq üçün səlahiyyətli orqanlarımız tərəfindən hazırlanmış vasitələrdən istifadə edərək “TikTok”u bloklamaq qərarına gəldik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin