Sənədsiz evlərlə bağlı yeni açıqlama
26 Noyabr 2024
22:12 - 16 Noyabr 2021
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Manşet.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda Norveç yığmasını qəbul edib.
“Bakcell Arena”dakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan seçməsinin heyətində yeganə qolu 80-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub. Rəqibdən isə 4-cü dəqiqədə Yohan Hove və 53-cü dəqiqədə Osame Sahraui fərqləniblər.
Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 6 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Norveç isə 15 xalla Xorvatiya ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin