Ərdoğan Suriyaya gedəcək

11:10 - 22 Dekabr 2024

Ərdoğan Suriyaya gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.

O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür.

Yeni mərhələ barədə danışan diplomatın sözlərinə görə, Suriya-Türkiyə münasibətləri təxminən Osmanlı dövründəki kimi olacaq.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin