Bu ölkədə "TikTok" bağlanacaq

10:13 - 22 Dekabr 2024

Bu ölkədə

2025-ci ilin yanvarından başlayaraq, Albaniyada məşhur “TikTok” sosial şəbəkəsinə giriş azı bir il müddətinə məhdudlaşdırılacaq.

 

Manset.az xəbər verir ki, bu qərar hökumətin cəmiyyətdə təhlükəsizlik və təhsil sahəsində müsbət dəyişikliklərə imza atmaq cəhdi kimi qiymətləndirilir.

Baş nazir Edi Rama qərarı müəllimlərlə keçirdiyi bir görüş zamanı elan edib. O bildirib ki, “TikTok”un istifadəsi Çində daha təhsil yönümlü və mədəni dəyərləri qorumağa kömək edən bir platforma kimi istifadə olunsa da, beynəlxalq arenada bunun tam əksi baş verib. Bu ziddiyyət, xüsusilə gənclərin zərərli məzmunla qarşılaşma ehtimalını artırıb.

Albaniya hökuməti təkcə məhdudlaşdırıcı tədbirlərlə kifayətlənməyərək, eyni zamanda şagirdlərin dərslərinə daha yaxşı hazırlaşması və yaradıcılıqlarını inkişaf etdirməsi üçün yeni proqram təminatları hazırlamağı planlaşdırıb.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin