Bakıda ağır qəza - Ölənlər var
22 Dekabr 2024
07:30 - 22 Dekabr 2024
Qış aylarında orqanizmin soyuğa və xəstəlik törədən mikroorqanizmlərə qarşı dözümlü olması üçün güclü immunitet sistemi vacibdir. Tərəvəzlər vitaminlər, minerallar və antioksidantlarla zəngin olduğundan qış aylarında immuniteti gücləndirmək üçün ideal seçimdir.
Manset.az Milli.az-a istinadən bu qış sizi qripdən qoruyacaq, immunitetə faydalı tərəvəzləri təqdim edir:
KƏLƏM (Ağ kələm, brokoli, brüssel kələmi)
Kələm ailəsindən olan tərəvəzlər C vitamini ilə zəngindir. C vitamini immunitet sistemini stimullaşdırır və bədəndəki infeksiyalara qarşı mübarizə aparır. Xüsusilə brokoli antioksidantlar, beta-karotin və fol turşusu ilə zəngindir.
YERKÖKÜ
Yerkökü yüksək miqdarda beta-karotin ehtiva edir, bu da bədəndə A vitamininə çevrilir. A vitamini selikli qişaları gücləndirir və mikrobların bədənə daxil olmasının qarşısını alır.
SOĞAN və SARIMSAQ
Soğan və sarımsaq təbii antibiotiklərdir. Onların tərkibindəki allisin maddəsi (bu maddə qan damarlarındakı spazmı aradan qaldırır, qan dövranını aktivləşdirir ) antibakterial xüsusiyyətlərə malikdir. Bu tərəvəzlər yüz illərdir qrip və soyuqdəyməyə qarşı qoruyucu vasitə kimi istifadə olunur.
İSPANAQ
İspanaq dəmir, fol turşusu, C və E vitaminləri ilə zəngindir. Bu maddələr bədənin müdafiə mexanizmini gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır.
BALQABAQ
Balqabaq da beta-karotinlə zəngindir və immuniteti dəstəkləyən A vitamini qaynağıdır. Balqabağın tumu isə sink mineralı ilə zəngindir ki, bu da immun hüceyrələrin fəaliyyətini artırır.
ÇUĞUNDUR
Çuğundur qan dövranını yaxşılaşdırır, orqanizmi toksinlərdən təmizləyir və enerjini artırır. Onun tərkibindəki antioksidantlar və C vitamini bədən müdafiəsini gücləndirir.
ACI BİBƏR
Bibər, xüsusilə acı bibər, C vitamini ilə zəngindir. Tərkibində olan flavonoidlər isə immun sisteminin fəaliyyətini dəstəkləyir.
Sadaladığımız tərəvəzləri çiy halda salat şəklində yemək daha faydalıdır, çünki bu zaman onların vitamin tərkibi tam qorunur.
Şorbalarda tərəvəzlərdən istifadə edərək həm bədəni isidə, həm də vitamin ehtiyacını qarşılaya bilərsiniz.
Qeyd edək ki, qış aylarında qripdən qorunmaq və immuniteti gücləndirmək üçün tərəvəzlər gündəlik qida rasionunuzun ayrılmaz hissəsi olmalıdır. Tərəvəzlərdən düzgün istifadə etməklə soyuq fəsildə sağlam qalmaq və enerjili olmaq mümkündür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin