Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA

20:59 - 21 Dekabr 2024

Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA

Paytaxtın bəzi ərazilərində mənzillər bahalaşıb.

 

Manset.az Xəzər TV-yə istinadən bildirir ki, 100 min manata satılan mənzillər indi 110-115 min manata təklif olunur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, qiymət artımı əsasən ucuz mənzillərdə qeydə alınır ki, buna da səbəb həmin ərazilərdə olan evlərə tələbin artmasıdır.

Ramil Osmanlı bildirib ki, hazırda ötən aya nisbətən 1-2, ötən ilə nisbətən isə 10-15 faiz qiymət artımı müşahidə olunur. Qiyməti yüksək olan mənzillərdə isə artım aşağı faizlə nəzərə çarpsa da, məbləğ olaraq çoxdur.

Ekspert bildirib ki, qiymət dəyişmələrində əsasən əraziyə, ictimai infrastrukturun, nəqliyyatls təminolunma, sənədləşmə və digər amillər rol oynayır.

Lakin, bununla yanaşı, ümumilikdə daşınmaz əmlak bazarında ötən illə müqayisədə dinamikanın, aparılan əməliyyatların həcminin azalması və bazara müraciətlərin aşağı düşməsi müşahidə olunur.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin