Göygöldə türkiyəli TIR sürücüsü öldü

17:04 - 21 Dekabr 2024

Göygöldə türkiyəli TIR sürücüsü öldü

Göygöldə 51 yaşlı Türkiyə vətəndaşı ürək tutmasından ölüb.

 

Manset.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyənin Aksaray şəhər sakini 1973-cü il təvəllüdlü A.Talay idarə etdiyi TIR-la hərəkətdə olan zaman özünü pis hiss edib. Sürücü yük maşınını yol kənarında saxlayıb və maşından endikdən bir neçə dəqiqə sonra yerə yıxılıb. Onun ürək tutmasından öldüyü deyilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin