Şəkidə mikroavtobus qəzaya uğradı - Xəsarət alanlar var (VİDEO)

21:32 - 26 İyun 2021

Şəkidə mikroavtobus qəzaya uğradı - Xəsarət alanlar var (VİDEO)

Şəki rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Cəfərabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil mikroavtobusla toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(report)


Xəbər xətti

13 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin