"Bank kart kodlarını naməlum şəxslərə verməyin" - DİN-dən çağırış
21 Dekabr 2024
12:34 - 21 Dekabr 2024
Bu gün Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının ilk iclası keçirilir.
Manset.az xəbər verir ki, tədbir qiymətləndirmə sahəsinin hazırkı vəziyyəti, gələcək inkişaf istiqamətləri və beynəlxalq təcrübələrin tətbiqi mövzularında aparılır.
Konfransda dövlət qurumlarının rəsmiləri, qiymətləndirmə sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssislər, habelə palatanın üzvləri iştirak edirlər.
Tədbir çərçivəsində panel müzakirələr təqdimatlar və interaktiv fikir mübadilələri aparılacaq.
Tədbirdə Qiymətləndiricilər Palatasının Nizamnaməsi və Əsasnaməsi təqdim ediləcək. Palata, həmçinin, peşəkar kadrların inkişafını təmin etmək məqsədilə təlim və sertifikasiya proqramlarını həyata keçirəcək.
Qeyd edək ki, Qiymətləndiricilər Palatası qiymətləndirmə xidmətlərinin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması və beynəlxalq standartlara uyğun müasir sistemin yaradılması istiqamətində fəaliyyət göstərir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin