Xalq artistinin son görüntüsü sevənlərini üzdü - VİDEO
21 Dekabr 2024
14:00 - 21 Dekabr 2024
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Bakı reysini bərpa edəcək. Bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib. O, qeyd edib ki, yalnız sərhədlər açılandan sonra ADY bununla bağlı hazırlıq işlərinə başlayacaq.
Bu məlumatdan sonra sosial şəbəkələrdə quru sərhədlərinin açılacağı ilə bağlı iddialar səsləndirilib. Bu iddiaların nə dərəcədə həqiqəti əks etdirməsi ilə bağlı məlumat əldə etmək üçün Manset.az Millət vəkili Razi Nurullayev ilə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, sərhədlərin bağlı qalması vətəndaşların sağlamlığı və təhlükəsizliyinin qorunması üçündür:
“Təbii ki, hökümət də çox gözəl bilir ki, quru sərhədlərinin bağlı qalması ölkəmizin iqtisadiyyatı üçün problemlər yaradır. Ona görə də bu təhlükələrin aradan qalxması üçün müəyyən işlər aparılır ki, quru sərhədlər daha tez açılsın. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə əlaqədar müsbət siqanallar gəlir. Amma yenədə dövlətimizə qarşı qarayaxma kampaniyaları aparılır, ciddi basqılar var. Quru sərhədlərinin bağlı qalması yəqin ki, digər tərəfdən bu məsələlərə bağlıdır. Azərbaycan Dəmir Yolları qeyd edib ki, gələn ildən Tiflisə qatar reysi açılacaq. Bunun özü müsbət siqnaldır. Quru sərhədləri açılmasa Dəmir Yolları da işləyə bilməz. Buna görə mən hesab edirəm ki, quru sərhədlərinin açılması ilə bağlı çox ciddi siqanallar, müsbət çağırışlar var. İnanıram ki, ölkəmizə qarşı olan təhlükələr aradan qaldırılacaq. Sərhədlərin açılması da həyata keçəcək. Hökümət də, Cənab Prezident də bunu istəyir. Hər kəs istəyir ki, quru səhədləri açılsın. Amma təbii ki, gələcək təhlükələrdə aradan qalxsın ki, biz ölkəmizin vətəndaşlarını da təhlükə qarşısında qoymayaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin