Bu cərimənin məbləği 50 manatdan 300 manata qaldırıldı - XƏBƏRDARLIQ
21 Dekabr 2024
22:02 - 20 Dekabr 2024
“Əgər ölkədə şatdaun (hökumətin fəaliyyətini dayandırması) olacaqsa, indi olsun”.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp deyib. “Şatdaun olacaqsa, bu yanvarın 20-dən sonra Tramp dövründə yox, indiki Bayden Administrasiyası dövründə olsun. Bunu həll etmək Baydenin problemidir”, - deyə Tramp bildirib.
Qeyd edək ki, sözügedən açıqlama Trampın irəli sürdüyü xərcləmələr planının Nümayəndələr Palatasında qəbul olunmamasından sonra gəlib. Bundan əvvəl isə iki partiya nümayəndələrinin irəli sürdüyü ilkin layihə Donald Tramp və Elon Maskin təsiri ilə səsvermədən keçməmişdi.
Layihənin gələn ilin martına kimi dövlət xərclərini əhatə etməsi nəzərdə tutulur.
Qanunvericilər təcili olaraq şatdaun başlamamış 3-cü layihənin səsverməyə çıxarılmasına çağırış ediblər. Əgər müzakirələr nəticə verməsə, yerli vaxtla yanvarın 21-i saat 00:01-də (Bakı vaxtı ilə 09.01) ölkədə hökumət fəaliyyətini dayandıracaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin