Tramp və Putin gələn il görüşəcək - Bu məsələni müzakirə edəcəklər

15:34 - 20 Dekabr 2024

Tramp və Putin gələn il görüşəcək - Bu məsələni müzakirə edəcəklər

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp və Rusiya Federasiyasının Prezidenti  Vladimir Putin Ukraynadakı vəziyyəti müzakirə etmək üçün gələn il görüşəcək.


Manset.az xəbər verir ki, bu fərziyyə ilə The Washington Post qəzeti çıxış edib.

Qəzet rus diplomatik mənbəyə istinadən bildirir ki, Moskva güzəştə getmək niyyətində deyil, çünki döyüş meydanında vəziyyət onun xeyrinə inkişaf edir və danışıqları güc mövqeyindən aparacaq. Eyni zamanda, həmsöhbət qeyd edib ki, əgər əvəzində qitənin gələcək təhlükəsizliyi məsələlərində güzəştlər edilərsə, Rusiya ərazi iddiaları mövzusunda çeviklik nümayiş etdirməyə hazır ola bilər.

Müəlliflərin fikrincə, Kreml Trampın Ukrayna ilə bağlı tez bir zamanda razılaşma əldə etmək istəyinə baxmayaraq, danışıqları uzun bir prosesə çevirməyə çalışacaq.

“Əslində bu o deməkdir ki, Tramp-Putin sammiti dünyanı təsir dairələrinə bölə, eyni zamanda Rusiyanın Ukrayna, Gürcüstan və NATO-ya daxil olmayan digər keçmiş sovet qonşuları üzərində üstünlüyünə zəmanət verə bilər. Bu, NATO-nun fəaliyyətini məhdudlasdiracaqvə Avropanın təhlükəsizliyini təhlükə altına salacaq”, - “Washington Post” yazıb.

Bununla belə, qəzet qeyd edir ki, “Putinin maksimalist mövqeyi” və Trampın “zəif görünmək” qorxusu səbəbindən tərəflərin razılığa gələ bilməsi ehtimalı azdır.


Xəbər xətti

20 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin