Bu cərimənin məbləği 50 manatdan 300 manata qaldırıldı - XƏBƏRDARLIQ
21 Dekabr 2024
12:08 - 20 Dekabr 2024
İranın Ədliyyə Nazirliyi paytaxtda qadınlara hücum etməkdə təqsirli bilinən şəxsin edam edildiyini açıqlayıb.
Manset.az türk mətbuatına istinadən xəbər verir ki, Rastgooei Kandolaj ən azı 59 qadına hücum etmək üçün dülgərlik alətindən istifadə edib.
Bir çox qadın 2018-ci ildə baş verən hücumlarda təcavüzkarın maska ilə və motosikletdə olduğunu bildirib. Günahkar “nifaq salmaq” ittihamı ilə ölüm cəzasına məhkum edilib.
“Tehranda dülgərlik aləti ilə qadın və qızlara hücum edərək terror yayan Rastgooei Kandolajın edamı həyata keçirilib”, - məlumatda qeyd edilib.
Kandolaj apellyasiya şikayəti verib və işin yenidən araşdırılmasını istəyib, lakin Ali Məhkəmə ilkin qərarı qüvvədə saxlayaraq vəsatəti rədd edib.
Qeyd edək ki, İran qətl və narkotik ticarəti, habelə zorlama və cinsi zorakılıq kimi ağır cinayətlərə görə ölüm cəzası tətbiq edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin