Azərbaycanda yanğın zamanı polislər tüstüdən zəhərləndi - FOTOLAR

20:54 - 26 İyun 2021

Azərbaycanda yanğın zamanı polislər tüstüdən zəhərləndi - FOTOLAR

Xəbər verdiyimiz kimi, iyun ayının 25-də İmişli rayonundaki bazarda güclü yanğın hadisəsi baş verib.

Manset.az  xəbər verir ki, yanğının qarşısının alınması üçün FHN-nin əməkdaşları ilə yanaşı, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları da hadisə yerinə cəlb olunublar. Zəruri bütün tədbirlər görüldükdən sonra alovların qarşısı alınıb.

Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriblər. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində beş polis əməkdaşı tüstüdən zəhərlənib, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hal-hazırda onların vəziyyətləri qənaətbəxşdir.
Yanğının başvermə səbəbləri araşdırılır.



Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin