SON DƏQİQƏ! Azərbaycanın yüksək vəzifəli şəxsi vəfat etdi - FOTO
20 Dekabr 2024
23:36 - 19 Dekabr 2024
Son günlərdə ən çox müzakirə olunan məsələlərdən biri də estetik cərrahlardır. Bəzilərinin bu sahə üzrə təhsili olmadan fəaliyyət göstərməsi aidiyyəti qurumlar tərəfindən araşdırılmağa başlanılıb. Təəssüf ki, bəzən əməliyyat masasında və daha sonrasında ölüm halları da qeydə alınır.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ o qədər geniş vüsət alıb ki, ötən günlərdə hətta səhiyyə naziri Teymur Musayev də dilə gəlmişdi:
"Media vasitəsilə çağırış edirik ki, gəlin, gözəllik standartları nə deməkdir hər kəsə düzgün başa salaq. Yanlış, süni gözəllik anlayışlarını təbliğ etməyək. Sağlam insan öz xarici görünüşünə görə problem yaşamamalıdır. Xanımlara ziyan olan prosedurlardan kənar durmağı tövsiyə edirik".
Üzücü olan odur ki, bu gün bloqer kimi tanınan Nərmin İsgəndərovanın da meyiti tapılarkən, onun bir ay öncə estetik əməliyyat keçirdiyi məlum olub. Mərhumun anası isə mətbuata açıqlamasında "Mərcan Medicare" klinikasında müvafiq lisenziyası və təcrübəsi olmayan Nurlan Həsənlini ittiham edib:
"Əməliyyatdan çıxıb evə gəldi, sonra halı pisləşdi, həkimi Nurlan Həsənli ilə əlaqə saxladı, lakin həkim boynuna götürmədi. Başqa xəstəxanaya göndərdi ki, get günü 180 manata orada qal. Dekabrın 17-də səhər dərman almağa gedəndə yıxılıb səkidə vəfat edib. Qızım Nurlan Həsənliyə 5 min manat pul verib, daha sonra da ödənişlər edib. Əməliyyat "Mərcan" Klinikasında olub. Həkim telefonlara cavab vermirdi, müstəntiq də dedi ki, bu həkimin əlində 4-cü adamdır ki, ölür. Əməliyyat vaxtı bədəninə infeksiya düşüb, başqa xəstəliyi yox idi".
Bu ilin iyulunda isə 29 yaşlı Aybəniz Almuradova liposaksiya əməliyyatı üçün getdiyi klinikada vəfat edib. O, "Reo-Med" klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə isə həkim Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilir.
Bu il daha bir xoşagəlməz hadisədə isə "Azer Türk Med" klinikası ittiham olunub. Abdominoplastika və liposaksiya əməliyyatı ilə əlaqədar "Azer Türk Med" kilnikasında çalışan plastik-cərrah Ülviyyə Ağazadəyə müraciət edən xanım iddia edib ki, əməliyyat zamanı qanaxma başlayıb, amma həkim buna əhəmiyyət vermədən əməliyyata davam edib: "Məni əməliyyat etdiyi klinikanın reanimasiya şöbəsi belə yox idi. Deməli, abdomino ilə bərabər belimi və bədənimi liposaksiya edib. Liposaksiya zamanı qanaxma olub və bu halda da davam edib. Belimdən sonra bədəni edib. Hər ikisində nekroz yaranıb və qanın dayanmadığını görərək "juqut"la möhkəm sıxıb. Amma qanaxma davam edib. Məni palataya keçirib qan köçürdüblər. 2 gün palatada ölümlə mübarizə aparmışam. Təzyiqim 70-30-a düşüb, 2-ci gecə artıq böyrəyim süzməməyə başlayıb. Əvvəlcə böyrək, sonra isə qaraciyər sıradan çıxıb. DIK sindromuna girmişəm, adətən xəstələr bu vəziyyətdən çıxa bilmir. Ağciyər yetməzliyi başlayıb.
Digər xəstəxanaya yerləşdirildikdən sonra 7 gün reanimasiyada, 8 gün isə palatada qaldım. 3 aydır, yataqdan çıxa bilmirəm. Düz dörd dəfə əməliyyat keçirdim. Axırıncı dəfə mənə dəriköçürmə edildi. Bu əməliyyat üçün ona 3500 manat vermişdim. Digər klinikada isə 25 000 manata qədər pulumuz çıxıb".
Keçən il isə "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirən Arzu Əzimova vəfat edib. Əməliyyat zamanı komaya düşən 23 yaşlı Arzunun həyatını xilas etmək olmamışdı.
Estetik cərrah, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova isə qaynı arvadı Səbirə Vəliyevanın ölümündə ittiham olunur. İstintaqla "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində "liposaksiya-piysovurma" əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlaması məlum olub. Həmçinin növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Yuxarıda qeyd olunan faciəvi hadisələr təbii ki, son deyil. Bundan əvvəlki illərdə də klinikalarda bu cür əməliyyatlardan sonra ölüm hadisələri, xəstənin sağlamlığına ciddi zərər vurulması ilə bağlı hallar qeydə alınıb.
Bu kimi hadisələrin təkrarlanmaması üçün Səhiyyə Nazirliyi, Baş Prokurorluq, TƏBİB tərəfindən araşdırmalar davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin