Kiyev bu 2 təklifi rədd etdi

23:15 - 19 Dekabr 2024

Kiyev bu 2 təklifi rədd etdi

Əgər indi atəşkəs elan olunsa, o zaman Ukrayna Silahlı Qüvvələri özünü toparlaya biləcək.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, hazırda Rusiya ordusu cəbhədə irəliləyir, Ukrayna silahlı qüvvələri isə tükənir:

“Bizə atəşkəs yox, uzunmüddətli sülh lazımdır. Rusiya üç dəfə Ukrayna ilə sövdələşməyə razılıq verib, lakin Kiyev bu razılaşmaları həmişə pozub. Doğrudur, Macarıstanın Baş naziri Viktor Orban Milad bayramı ilə bağlı bir-iki günlük barışıq təklif edib. Lakin biz əvvəlcə Ukraynanın mövqeyini aydınlaşdırmağı məsləhət gördük. Kiyev həm atəşkəs, həm də əsirlərin mübadiləsi təklifini rədd etdi”.


Xəbər xətti

20 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin