ABŞ-da quş qripi həyəcanı - Fövqəladə vəziyyət elan edildi

17:09 - 19 Dekabr 2024

ABŞ-da quş qripi həyəcanı - Fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Kaliforniya ştatında quş qripinə (H5N1) yoluxma hallarının artması nəticəsində “fövqəladə vəziyyət” elan edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya Qubernatorluğundan verilən açıqlamada, 16 əyalətdə mal-qarada aşkar edilən virusun Cənubi Kaliforniya fermalarında da inəklərdə görüldüyü və yayılmaya nəzarət etmək üçün "təcili" qərarın alındığı bildirildi. 

Hal-hazırda ictimaiyyət üçün xəstəlik riskinin "aşağı səviyyədə" olduğunu bildirən Kaliforniya qubernatoru Gavin Newsom, virusun yayılmasının qarşısını almaq üçün bütün lazımi addımların atılacağını bildirdi. 

Kaliforniyada quş qripi ölkənin süd istehsalının təxminən hər 5-də 1-nə cavab verən 1100-dən çox süd fermasının yarısından çoxunda aşkar edilib.

ABŞ Qida və Dərman İdarəsi (FDA) ümummilli araşdırmada təhlil edilən hər 5 ticari süd nümunəsindən birində quş qripi izlərinin aşkar edildiyini açıqladı.

Quş qripi ilk dəfə mart ayında ABŞ-ın Texas ştatında mal-qara sürülərində aşkar edilib və sonradan əldə edilən məlumatlara görə, virusa ölkənin daha 16 ştatında rast gəlinib.


Xəbər xətti

19 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin