Qərbi Azərbaycan İcması bəyanat yaydı
19 Dekabr 2024
16:07 - 19 Dekabr 2024
Parlamentdə atışma zamanı yaralanan parlamentin deputatı Vaxtanq Qolandzia dünyasını dəyişib.
Manset.az TASS-a istinadən xəbər verir ki, Abxaziya parlamentinin yaxınlığında atışma baş verib. İlkin məlumata görə, iki deputat yaralanıb.
“Vaxtanq Qolandzia ölüb, digər deputat Kan Kvarçiya qolundan yaralanıb”, - mətbuat xidmətinin əməkdaşı bildirib.
Atışmaya səbəb kriptovalyuta mayninqinin qadağan edilməsi haqqında qanun layihəsi olub. İclas zamanı deputatlar Adqur Xaraziya ilə Kan Kvarçia mübahisə edib, nəticədə Xaraziya tapançanı çıxararaq atəş açıb. Hadisə zamanı Vaxtanq Qolandzia isə onları ayırmağa çalışıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin