Bakının məşhur bazarı sökülür - 2 həftə vaxt verildi (VİDEO)

00:38 - 19 Dekabr 2024

Bakının məşhur bazarı sökülür - 2 həftə vaxt verildi (VİDEO)

Keşlə bazarında fəaliyyət göstərən icarədarlara yanvarın 1-nə qədər bazarı tərk etmələri bildirilib.

 

Manset.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bazarda fəaliyyət göstərən icarədarlar verilən qərardan narazıdırlar. Onlar 13 gün müddətin bazardan çıxmaq üçün kifayət etməyəcəyini bildirir və bu müddətin ən azı 4 ay uzadılmasını istəyirlər.

İcarədarlar deyirlər ki, 4-5 ay öncədən bazarın yeni ildə söküləcəyinə dair məlumat verilsəydi, satmaq üçün əlavə mal almazdılar, həmçinin əllərindəki malları da satıb qurtarmış olardılar.

"Keşlə" bazarının ərazisinə nəzarət edən şəxs bildirdi ki, onlara da məlumat elə bu gün verilib.

Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib. Rəhbərlik özü məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın.

Daha ətraflı videomaterialda:


Xəbər xətti

19 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin