Azərbaycanda minimum pensiya ARTIRILIR
18 Noyabr 2024
18:26 - 16 Noyabr 2021
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko telefon söhbətində miqrant problemin müzakirə ediblər.
Manşet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Tərəflər, Belarusun Aİ ölkələri ilə sərhədlərində yaranmış miqrasiya böhranı ilə bağlı fikir mübadiləsini Lukaşenko ilə Almaniyanın kansleri vəzifəsini icra edən Angela Merkel arasındakı əvvəlki telefon danışığı nəzərə alınmaqla davam etdiriblər”, - açıqlamada deyilir.
Bundan əvvəl Putin Lukaşenko və Merkellə ayrı-ayrılıqda söhbətlərində miqrasiya böhranını müzakirə edib. Merkel təsdiqləyib ki, Rusiya prezidenti ilə söhbət zamanı ondan bu vəziyyətdə belaruslu həmkarına təsir göstərməyi xahiş edib. Eyni zamanda, Rusiya lideri problemin həlli üçün Aİ dövlətləri ilə Belarus arasında təmasları bərpa etməyə çağırıb.
Noyabrın 15-də Lukaşenko ilə Merkel arasında 50 dəqiqəlik telefon danışığı olub və onlar miqrasiya böhranının həlli yollarını müzakirə ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin