Ronaldo yenə FİFA-nı boykot etdi

17:30 - 18 Dekabr 2024

Ronaldo yenə FİFA-nı boykot etdi

Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo FİFA-nın "The Best" mükafatının səsverməsinə qatılmayıb.

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu səs verməkdən imtina edib.

Onun əvəzinə səsvermənin iştirakçısı Portuqaliya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva olub.

2024-cü ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermədə yarımmüdafiəçi komanda yoldaşı Rodrini 1-ci, Vinisius Junioru (“Real”) 2-ci, Erlin Haalandı (“Mançester Siti”) isə 3-cü yerə qoyub.

Ronaldo ötən il də "The Best"in səsverməsində iştirak etməmişdi. Onun əvəzinə bunu müdafiəçi Pepe etmişdi.

Qeyd edək ki, 2024-cü ilin ən yaxşı futbolçusu Vinisius Junior seçilib. 


Xəbər xətti

18 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin