"Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır" - İlham Əliyev
18 Dekabr 2024
09:28 - 18 Dekabr 2024
Yeni ilin gəlişinə iki həftəyə yaxın vaxt qalıb. Yeni il ərəfəsində ağıla ilk gələn suallardan biri də “Yeni ili harada və kiminlə keçirək?” olur. İndidən hər kəs Yeni il gecəsi üçün plan qurur. Bölgələri seçənlərin sayı isə heç də az deyil.
Manset.az Azərbaycanın turizm bölgələrinin bayram tətillərində tətbiq edəcəyi qiymətlərlə maraqlanıb. Məlum oldu ki, bəzi hotellərdə yerlər artıq rezerv olunub. Hotel qiymətləri müxtəlif faktorlardan asılı olaraq dəyişir. Buraya, əsasən, Yeni il gecəsi üçün təklif olunan xüsusi paketlər, qala proqramlar, hotelin ulduz reytinqi, xidmətlər daxildir. Turizm sektorunda qiymətlər Yeni il ərəfəsində “od tutub yanır”.
Hazırda ölkəmizdə təklif olunan qiymətlər xarici ölkələrdəki tariflərdən belə yüksəkdir. Müqayisəli araşdırmanı sizə təqdim edirik.
Şəkidə yerləşən “Marxal” hoteldə artıq yerlər bron edilib. Ancaq qiymətlər əl yandırır. 31 və 1-i üçün qiymətlər 1280-2500 arası dəyişir. Səhər yeməyi, axşam yeməyi və yeni il qala gecəsi bu qiymətə daxildir.
Qubadakı “Macara” hoteldə qiymətlər 1550 manatdan başlayır. Qiymətə 31-i axşam yeməyi və gecə qala gecəsi, 1 Yanvarda səhər,günorta və axşam yeməyi, 2 Yanvarda isə ancaq səhər yeməyi daxildir.
Şuşada yerləşən “Shusha” hotelində qiymətlər 1900-3600 manat arası dəyişir. Qiymətə axşam yeməyi, əyləncə daxildir.
Xankəndidəki hoteldə də yerlərin dolduğu bildirildi. Qiymətlər isə 240-740 manat arası dəyişir. Lerikdə yerləşən “Relax” hotelində qiymətlər 50 və 100 manat arası dəyişir. Qiymətə səhər yeməyi və axşam yeməyi daxildir.
Bəs bölgələrdə qiymətlərin bu dərəcədə artmasına səbəb nədir?
Məsələ ilə bağlı Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, ilin sonunda hər kəs istirahətə bölgələrə üz tutur. Bu da qiymətlərin yüksək olmasına səbəb olur. Ən çoxda bahalaşma hotelçilikdə və turizmdədir:
“ Rayonlarda fəaliyyət göstərən xüsusəndə dağlıq bölgələrdə fəaliyyət göstərən 5 ulduzlu otellərdə yeni il şou proqramı təşkil olunur. Təbii ki, burda proqramın yaxşı keçirilməsi üçün canlı musiqi və tanınmış müğənnilərin, hətta xarici müğənnilərin gəlişi təşkil olunur. Bu da qiymətlərin bahalaşmasına gətirib çıxarır. 3 və 4 ulduzlu otellərdə isə sadə şou proqram keçirildiyinə görə qiymət biraz aşağı ola bilər.”
Paytaxtda və bölgələrdə fəaliyyət göstərən otellər daha çox qazanc əldə etmək üçün xarici ölkələrlə müqayisədə qiyməti bir neçə dəfə qaldırıblar. Təbii ki, bu hal turizmin inkişafına mənfi təsir göstərir. Ekspertlər hesab edirlər ki, otellərin qiyməti qonşu ölkələrlə müqayisədə daha ucuz olarsa, o zaman ölkəyə gələn turistlərin sayı daha çox olar. Ekspertlər bildirir ki, qiymətlər hotellərin satış siyasətinə uyğun təyin olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin