Hansı sahədə işləyənlər daha çox əmək haqqı alır? - FOTO
18 Dekabr 2024
12:35 - 17 Dekabr 2024
Dövlət Gömrük Komitəsi son iki ildə 1 ton 950 kiloqram narkotik vasitə, psixotrop maddələr aşkar edib.
Manset.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, Komitə cəmiyyətin mühafizəsi sahəsində inzibati və cinayət xarakterli amillərin aradan qaldırılması istiqamətində fəaliyyətini gücləndirib: “2022-2024-cü illər ərzində həyata keçirilən fəaliyyət nəticəsində 1 ton 950 kiloqram narkotik vasitə, psixotrop maddələr aşkar edilib. Üstəlik, təxminən 18 milyon manat ekvivalentində saxta sənədlərin və aksiz markası olmayan malların dövriyyədən çıxarılması təmin edilib".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin